95 yaşlı qadın hakim təqaüdə çıxmaqdan imtina etdi

19-05-2023, 11:18           
95 yaşlı qadın hakim təqaüdə çıxmaqdan imtina etdi
ABŞ məhkəməsinin 95 yaşlı hakimi Paulin Nyuman təqaüdə çıxmaqdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazıb.

Bildirilir ki, o, 1984-cü ildə vəzifəyə gəlib və hazırda federal hakimin səlahiyyətlərini icra edən ən yaşlı şəxs hesab olunur.

Nyumanın həmkarları onun öz vəzifələrini yerinə yetirə bilmədiyini iddia edirlər. Onlar qeyd edirlər ki, Paulin son dərəcə həssas, unutqan və işə diqqətini cəmləyə bilmir. Rəsmi şikayətdən sonra hakimlər kollegiyası qadından koqnitiv qüsur olmadığını sübut etmək üçün bir sıra testlərdən keçməyi tələb edib.

Nyuman həmkarlarının iddiaları ilə qətiyyən razılaşmır. O, məhkəmə sistemini ABŞ Konstitusiyasına məhəl qoymamaqda günahlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.