Vətən müharibəsi qazisi faciəvi şəkildə öldü - FOTO

19-05-2023, 12:40           
Vətən müharibəsi qazisi faciəvi şəkildə öldü - FOTO
Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası olub.

Teref.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.