İkinci əl dəri divan aldı - Sərvət sahibi oldu

12-02-2024, 17:24           
İkinci əl dəri divan aldı - Sərvət sahibi oldu
Graham Dunlop adlı bir şotland ikinci əl divanı aldıqdan sonra sərvət sahibi olub. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o, getdiyi evdə satıcının təklifi ilə 75 sterlinq (təxminən 166 manat ) ödəyib qatıldığı lotereya nəticəsində 3 milyon sterlinq dəyərində villa və 250 min sterlinq pul mükafatı qazanıb.Beləki, divanı götürməyə gədəndə ev sahibi qadın divanı Graham Dunlopa pulsuz verməkdə israr edib.Qadın mərhum ərinin demans xəstəsi olduğu üçün Grahamdan ödəniş əvəzinə Alzheimer Araşdırmasına kiçik bir ianə verməsini xahiş edib.Dunlop qadının xahişi ilə 75 funt sterlinq ödənişi Omaze adlı bir təşkilata bağışlamağa və uduş tirajında ​​iştirak etməyə qərar verib.Lotereyada qalib olan 52 yaşlı kişi dəyəri 3 milyon funt sterlinqdən çox olan heyrətamiz İspan villasını və 250.000 funt-sterlinq pul qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.