Ukraynada istilik elektrik stansiyası(İES) sıradan çıxıb .
32gun.az bildirir ki, bu barədə DTEK şirkətinin Telegram kanalında məlumat verilib. “Zavodun avadanlıqlarına ciddi ziyan dəyib. Stansiya elektrik enerjisi istehsalını dayandırıb”, – DTEK-in teleqram kanalında məlumat yayılıb.
Ukraynanın “Strana” nəşrinə görə, söhbət Dnepr şəhərindəki istilik elektrik stansiyasından gedir.