Moskva teraktı ilə bağlı 2 nəfər saxlanıldı, 4-ü qaçdı

23-03-2024, 11:17           
Moskva teraktı ilə bağlı 2 nəfər saxlanıldı, 4-ü qaçdı
Moskvada “Krokus Siti Holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər Bryansk vilayətində saxlanılıblar.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

***

"Krokus Siti Holl"da hücum həyata keçirən 6 şəxsdən 4-nün kimliyi məlum olub.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Terakt törədən şəxslərin Məhmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərov olduğu bildirilir.

Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru