Rusiyada terror aktında həlak olanların ilkin siyahısı açıqlanıb

24-03-2024, 07:08           
Rusiyada terror aktında həlak olanların ilkin siyahısı açıqlanıb
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq “Crocus City hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb.

Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. “Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edildikdən sonra siyahılar yenilənəcək”, - nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyi həmçinin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq zərərçəkənlərin siyahılarını dərc edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru