Sadəcə 10 dəqiqə qaynadıb çay kimi için

3-04-2024, 12:58           
Sadəcə 10 dəqiqə qaynadıb çay kimi için
Limon gündəlik həyatda salat, şorba, şirniyyat və içkilərdə tez-tez istifadə edilən bir meyvədir. Bəs limon toxumlarının sağlamlıq üçün də çox faydalı olduğunu bilirdinizmi?Foodinfo.az bildirir ki, bir ovuc limon toxumunu 10 dəqiqə qaynadıb çay kimi dəmləyərək istehlak edə bilərsiniz. Limon toxumu çayı təbii ağrı kəsici kimi çıxış edə bilər. Limon toxumları antioksidanlar, lif, minerallar və vitaminlərlə doludur. Bu kiçik toxumlar bədənə bir çox fayda verə bilər. Limon toxumu çayının müntəzəm istifadəsi həzm sağlamlığını dəstəkləyə, immunitet sistemini gücləndirə və yaşlanma əleyhinə xüsusiyyətlərə sahib ola bilər. Bundan əlavə, limon toxumu çayı maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Bu çayı hazırlamaq üçün bir ovuc limon toxumunu bir stəkan su ilə qaynadın və 10 dəqiqə dəmləyin. Sonra çayınızı süzüb içə bilərsiniz. Xüsusilə səhərlər və ya yeməklər arasında istehlak edərək faydalana bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru