"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır 22-05-2024, 09:34 İyunun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Muğan Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə ilk hərrac keçiriləcək.Bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.Söhbət 4 ədəd “Diebold Nixdorf DN 150D” markalı bankomatdan gedir. Əmlaklara ümumilikdə 92 000 manat qiymət qoyulub. Facebook-da paylaş