Xaricdən gələn zənglər birdəfəlik bloklana bilər - Səbəb

12-06-2024, 12:24           
Xaricdən gələn zənglər birdəfəlik bloklana bilər - Səbəb
Rusiya, arasında heç bir fərq qoymadan xaricdən gələn zəngləri bloklamağa başlaya bilər.

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (Roskomnadzor) abunəçiləri fırıldaqçıların təhlükəsindən qorumaq üçün xarici zəngləri heç bir fərq qoymadan bloklamaq imkanlarını araşdırır.

Bildirilir ki, bu tədbirdən istifadə edərkən abonent xaricdən zəngləri qəbul edib-etməmək haqda seçim etmək imkanı əldə edəcək.

Onlar həmçinin qeyd ediblər ki, hazırda Ukrayna ərazisindən də daxil olmaqla saxta zənglərin dəfələrlə artması qeydə alınır.

Bundan əvvəl də Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü İqor Aşmanov Rusiyada fırıldaqçıların hər gün orta hesabla yerli abonentlərə 10-15 milyon dəfə zəng etdiklərini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru