Azərbaycan vətəndaşlarını İsrailə getməməyə çağırıb

6-08-2024, 09:58           
Azərbaycan vətəndaşlarını İsrailə getməməyə çağırıb
Avqustun 5-də Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur.

“Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, nazirliyin səyahət xəbərdarlığında deyilir.

Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana və Fələsinə səfər etməməyə və orada yaşayanları isə qısa müddətdə bu ölkəni tərk etməyə çağırıb.

Xatırladaq ki, bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırıb.

Livan şənbə günü İsrailin işğalı altında olan Qolan təpələrində 12 uşaq və yeniyetmənin ölümünə səbəb olan hücumdan sonra İsraildən gözlənilən cavab tədbirlərinə hazırlaşır.

Livanın "Hizbullah" silahlı qruplaşması hücumda əli olduğunu inkar edir.

ABŞ-ın Livandakı səfirliyi 4-cü Səviyyə: Səyahət etməmə tövsiyəsi edib.

Qərb hökumətləri İsrail və İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında gərginliyin artdığı bir vaxt öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.