Kişini başından vurub öldürdülər

13-11-2024, 00:01           
Kişini başından vurub öldürdülər
Moskvanın şimal-şərqində başından vurulan kişi meyiti tapılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhər Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir.

Meyit Krasnaya Sosna (Qırmızı Şam) küçəsindəki otaqlardan birində tapılıb. Kişinin meyitində zorakılıq izləri aşkar edilib, zərərçəkənin açıq kəllə-beyin travması aldığı bildirilir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə “Qəsdən zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma” ilə cinayət işi başlanıb.

Zərərçəkmişin iki tanışının cinayətdə iştirakı yoxlanılır və hazırda dindirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru