Alimlər gündə nə qədər şəkər yeyə biləcəyinizi müəyyən ediblər

17-11-2024, 08:23           
Alimlər gündə nə qədər şəkər yeyə biləcəyinizi müəyyən ediblər
Həddindən artıq şəkərin sağlamlığa zərərli olduğu bilinir. Diabet, depressiya, piylənmə, ürək xəstəliyi, bəzi xərçəng növləri riskini artıra bilər. Bəs bədəninizə zərər vermədən nə qədər şəkər istehlak edə bilərsiniz? Foodinfo.az xəbər verir ki, bu sualın cavabını alimlərin araşdırmalarına istinadən Ferra.ru verib.Yeni bir araşdırma göstərib ki, gündə 25 qramdan çox olmayan və ya təxminən 6 çay qaşığı şəkər istehlak etmək ən yaxşıdır. Bunun üçün alimlər bundan əvvəl 73 elmi işin nəticələrini təhlil ediblər.Yeni araşdırmaya görə, iştirakçılar həftədə daha bir porsiya şəkərlə zənginləşdirilmiş içkilər istehlak etdikdə, onların xəstəlik riski 4% artıb.Həmçinin, gündə şəkərlə şirinləşdirilmiş içki istehlakının hər 250 ml artması ürək xəstəliyinin inkişaf ehtimalının 17% artması ilə əlaqələndirilib. Nəhayət, fruktoza qəbulunun gündə hər 25 q artması mədəaltı vəzi xərçəngi riskini 22% artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru