Putin ənənəsini pozaraq, Trampın xahişi ilə onun limuzininə keçib

Bu gün, 11:48           
Putin ənənəsini pozaraq, Trampın xahişi ilə onun limuzininə keçib
Rusiya Prezidenti Vladimir Putin xaricdə öz avtomobilində hərəkət etmək ənənəsini pozaraq, Amerika lideri Donald Trampın dəvəti ilə onun limuzininə keçib.

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib.

Nəşr qeyd edib ki, görüş yerinə "The Beast" ləqəbli zirehli "Cadillac One" ilə birgə getmək təklifi Tramp tərəfindən irəli sürülüb.

Vurğulanıb ki, Putin, adətən, dünyanın istənilən nöqtəsində öz nəqliyyat vasitəsində hərəkət edir. Bu dəfə də Rusiya dövlət başçısının Alyaskaya gəldikdən sonra görüşə 2018-ci ildən bəri müxtəlif modifikasiyalarda istifadə etdiyi yerli "Aurus" avtomobilində getməsi üçün hər şey hazır idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru