Həkim çağırış etdi:Bu tumlar xəstəlik yaradır

Bu gün, 11:12           
Həkim çağırış etdi:Bu tumlar xəstəlik yaradır
Həkim günəbaxan tumlarının bilinməyən zərərindən danışıb.

XALQ xəbər verir ki, endokrinoloq Yevgeniya Bayturova bildirib ki, tumları çox yemək böyrəklərə zərər verə bilər.

O, “lenta.ru”ya açıqlamasında qeyd edib ki, təzə tumlarda çoxlu vitamin və mikroelement var, lakin onlardan çox yemək olmaz.

Bayturovanın sözlərinə görə qızardılmış tumlarda bitki yağı və duz çox olur, istilikdə emal səbəbindən faydalı maddələrin miqdarı isə minimuma enir. Həkim əlavə edib ki, tumlar çəki artımına səbəb ola bilər, çünki insanlar nə qədər yediklərini hiss etmir. Halbuki 100 qram tum təxminən 600 kalori saxlayır.

Onun sözlərinə görə, məşhur istehsalçıların qızardılmış tumlarında tez-tez kadmiuma rast gəlinir. Bu isə ağır metal və zəhərli elementdir, bədəndə toplanaraq zamanla müxtəlif xəstəliklər yarada bilər. Bunlara böyrək funksiyasının pozulması, sümüklərdən kalsiumun çıxması, osteoporoz riskinin artması, həmçinin kişi və qadınlarda reproduktiv funksiyanın pozulması daxildir.

Mütəxəssis vurğulayıb ki, yağ vaxtında dəyişdirilmədən qızardılan tumlar kanserogenlərlə doyar və bu da gələcəkdə müxtəlif xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər. Əgər tum yemək vərdişindən imtina etmək çətindirsə, heç olmasa miqdarını azaltmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru