Putinin xüsusi nümayəndəsi Alyaskada hərbi texnikanın görüntülərini paylaşıb
Bu gün, 11:28
Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların getdiyi Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson aviabazasından hərbi texnikanın görüntülərini paylaşıb.
RBK xəbər verir ki, o, müvafiq videonu "Instagram" səhifəsində yerləşdirib.
Görüntülərdə, xüsusilə, hərbi yük maşını, "Stryker" zirehli transportyoru və haubitsa görünür.