BMT Rusiya və ABŞ liderləri arasındakı görüşə münasibət bildirib
Bu gün, 11:26
BMT Alyaskada keçirilən sammitin nəticələrini nəzərə alaraq, konstruktiv dialoqun davam etdirilməsini alqışlayır.
TASS məlumat verir ki, bunu Tramp-Putin görüşünü şərh edən BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Alyaskada Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında keçirilən görüşün nəticələrini nəzərə aldıq. Biz BMT-yə üzv dövlətləri arasında konstruktiv dialoqun davam etdirilməsini alqışlayırıq", - S.Düjarikin yayımladığı mətndə qeyd olunur.