"Bavariya"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib Bu gün, 11:18 Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandası Almaniyanın "Bavariya" klubunun 29 yaşlı yarımmüdafiəçisi Kinqsli Koman ilə müqavilə imzalayıb.Oxu.Az-ın xəbərinə görə, bu barədə klubunun "X" sosial şəbəkə hesabında paylaşım edilib.Yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilə qədər imzalanıb.Qeyd edək ki, daha əvvəl "Ən-Nəsr"in Komanın transferi üçün 30 milyon avro ödədiyi barədə məlumat yayılmışdı. Facebook-da paylaş