Lotereya təşkilatçılarının diqqətinə!

5-12-2024, 16:44           
Lotereya təşkilatçılarının diqqətinə!
Lotereyanın qeydiyyata alınması üçün lotereya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq.

Gununsesi.info xəbər verir ki, bu, “Lotereyalar haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.

Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.