Tibb elemləri doktoru Naomi Meyin rəhbərlik etdiyi komanda bəzi bitki qidalarının beyinə müsbət təsir etdiyini müəyyən edib. Onların araşdırmasının nəticələri “Food & Function” jurnalında dərc olunub.Məlum olub ki, gavalı, ağcaqayın, qara bibər, mixək, adaçayı və limonda beyni neyrodegenerativ xəstəliklərdən qoruya bilən antioksidantlar var. Onlar oksidləşdirici stress nəticəsində yaranan hüceyrə ölümünün qarşısını alırlar.Alimlər deyirlər ki, onların tədqiqatları beynimizi və bədənimizi zədələrdən qorumaq üçün bitki qidalarının necə istifadə oluna biləcəyini anlamaq üçün vacibdir.