Ağdamda güclü YANĞIN davam edir: Ətraf rayonlardan əlavə heyət cəlb olunub

25-07-2025, 08:00           
Ağdamda güclü YANĞIN davam edir: Ətraf rayonlardan əlavə heyət cəlb olunub
Ağdam rayonunun Abdal və Gülablı kəndləri ərazisində başlayan yanğın davam edir.

TEREF APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin briqadaları, canlı qüvvə və texnikaları cəlb olunub.

Gündüz saatlarında ərazidə helikopterlər fasiləsiz çalışıblar. Lakin ərazidə tüstü və dumanın yaratdığı görmə məhdudiyyəti havadan müdaxiləni mümkünsüz edib.

Onu da qeyd edək ki, əraziyə ətraf rayonlardan da əlavə heyət cəlb olunub.

Yanğınla mübarizə tam gücü ilə davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru