22 yaşlı gənci bıçaqladılar, vəziyyəti ağırdır

18-12-2016, 20:17           

Şəmkir rayon sakini bıçaqlanıb.
teref.az-nun APA-ya istinadən məlumatına görə, rayonun Dağ İrmaşlı kənd sakini 1994-cü il təvəllüdlü Əsgərov Vüsal Vüqar oğlu döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır qiymətləndirilir.
V. Əsgərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru