Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

21-12-2016, 23:43           

Azərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.
teref.az xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.
Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru