Sankt-Peterburqda adı açıqlanmayan 34 yaşlı azərbaycanlı güllələndi.
7news.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmyerlimiz dərhal xəstəxanaya çatdırılıb. O, əl və ayaq nahiyələrindən güllələnib. Həmyerlimiz ona atəş açan şəxsi tanımadığını bildirib. Hadisə Anisimova küçəsində baş verib. Həmyerlimizin vəziyyətinin orta ağır olduğu bildirilir.