Balakəndə fərdi evdə yanğın baş verib. Axşam saatlarında Balakən şəhəri, Daanov küçəsində yaşayış evində güclü yanğın qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğınsöndürənlər evdə 2013-cü il təvəllüdlü Ramal Amil oğlu Alagözovun yanmış meyitini aşkar ediblər. Hazırda yanğın məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində işlər davam etdirilir. (APA)