`Tu-154` təyyarəsinin gövdəsi tapıldı

26-12-2016, 20:48           
`Tu-154` təyyarəsinin gövdəsi tapıldı
Rusiyada dalğıclar Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin füzelajını (gövdə) aşkar ediblər.

Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

Təyyarənin gövdəsi sahildən 1,7 km aralı 27 metr dərinlikdə aşkarlanıb, o güclü şəkildə zədələnib. Hazırda təyyarənin sudan çıxarılması üçün vasitə axtarılır.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru