Anaları öldürülən 6 uşağın taleyi necə oldu?

27-12-2016, 13:41           
Anaları öldürülən 6 uşağın taleyi necə oldu?
Qəbələdə anaları qətlə yetirilən 3 azyaşlı uşaq evinə verilməyəcək.

Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O qeyd edib ki, uşaqlar atalarının valideynlərinə veriləcək.

“Ailələr arasında münaqişə olduğu üçün ananın qohumları uşaqları internat evinə verməyi tələb edirdi. Amma buna məsləhət görülmədi. Ata evində normal şərait olduğundan onlar uşaq evinə verilməyəcək. Hazırda azyaşlılar nənə-babasının himayəsindədir. Qarşı tərəf buna etiraz etsə, məsələyə məhkəmədə baxılacaq”.

T.İbrahimova Zərdabda anaları qətlə yetirilən və SOS uşaq kəndinə yerləşdirilən azyaşlıların nəzarətdə olduğunu və onlarla reabilitasiya işinin aparıldığını bildirib. “Uşaqların 3-ü bir yerdədir. Uşaq və ailələrə dəstək mərkəzi onları nəzarətdə saxlayır. Həmin uşaqların övladlığa götürlməsi hələki məsləhət deyil. Onları bir-birindən ayırmaq olmaz, güclü stress yaşayırlar”.

Qeyd edək ki, oktyabr ayında Zərdab və Qəbələdə iki qadın həyat yoldaşı tərəfindən amansızcasına qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru