Ölən şəxsin yanında yalnız həyat yoldaşı dəfn oluna bilər- YENİ QANUN

28-12-2016, 13:23           
Ölən şəxsin yanında yalnız həyat yoldaşı dəfn oluna bilər- YENİ QANUN
“Milli Məclis gələn il “Məzarlıqlar haqqında” qanun layihəsinə baxacaq”.
Gununsesi.info xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qanun layihəsində yeni salınacaq məzarlıqlarda məzar və sinə daşlarının ölçüləri, məzarlar arasındakı məsafə, məzarlıqlarla yaşayış məntəqələri arasındakı məsafə, kimsəsiz insanların dəfn məsələsi yer alıb: “Bəzən kimlərsə qəbiristanlıqda əlavə yer götürür. İnsan vəfat etmədən məzarlıq yaradırlar. Gələcəkdə buna yol verilməyəcək. Məzarlıqlar haqda yeni qaydalara uyğun olaraq, şəxs vəfat edibsə, o vəfat etdikdə yalnız onun özünün vəsiyyətinə uyğun olaraq, onun yanında kişidirsə, xanımı, xanımdırsa, həyat yoldaşı dəfn oluna bilər. Başqa heç bir halda əlavə yer götürülməsinə icazə verilməyəcək “.
O qeyd edib ki, yeni qaydalara əsasən, məzarlıqlar yenə bələdiyyələrin sərəncamında olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru