Dünya malına görə qardaş bacını bıçaqladı

25-06-2015, 13:12           
Dünya malına görə qardaş bacını bıçaqladı
Ötən gün Bakının Yasamal rayonunda qardaş bacısını bıçaqlayıb. teref.aznun ANS PRESS-ə istinadən məlumatına görə, hadisə dünən saat 18 radələrində qadının evində baş verib.

Bıçaq xəsarətləri alan 44 yaşlı Arifə Abbasova xəstəxanaya aparılıb. Qadının vəziyyəti ağır olduğu üçün dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Arifə Abbasova bildirib ki, qardaşı tərəfindən vurulub. Qadının şikayəti əsasında şübhəli şəxs qismində saxlanılan 42 yaşlı T.B. bacısının yalan danışdığını bildirib. O, bacısının intihar məqsədilə öz-özünü bıçaqladığını vurğulayıb: "Bacım yalan deyir. Mən onu vurmamışam. Bacım özü özünü bıçaqlayıb".
Qeyd edək ki, Arifə Abbasova ailəli olub. Həyat yoldaşı ölüb. Hazırda 2 övladı ilə birlikdə yaşayır. Onunla qardaşı arasında ata mirası üstündə mütəmadi olaraq mübahisə olub. Qadın qardaşının onu məhz bunun üstündə vurduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.