Gəncə prospektində böyük yanğın - FOTOLAR

26-06-2015, 21:40           
Gəncə prospektində böyük yanğın - FOTOLAR
Bakının Gəncə prospekində yerləşən “Şəms” restoranının arxasındakı yaşıllıq zolağında yanğın baş verib.

Axar.az xəbər verir ki, quru otların yandırılması nəticəsində ərazini yanğın bürüyüb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerindədir. Yanğının ətraf ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

17:22

Bakının Gəncə prospekində yerləşən “Şəms” restoranının arxasındakı yaşıllıq zolağında yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları yanğının yaxınlıqdakı yaşayış binalarına keçməsinin qarşısını alıblar.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.