Həlak olan hərbçimizin qohumu: "İki körpəsi yetim qaldı"

27-06-2015, 01:44           
Həlak olan hərbçimizin qohumu: "İki körpəsi yetim qaldı"
Minaya düşərək həlak olan hərbçilərdən biri Musa Sabir oğlu Musayev tanınmış idman şərhçisi Pərviz Musayevin yaxın qohumudur. ANS PRESS-in məlumatına görə, bu barədə Pərviz Musayevin özü Facebook səhifəsində qeyd edib.

O, öz səhifəsində yazıb ki, Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Musa Musayev əmisinin nəvəsidir:

"Təəssüf... Əmim nəvəsinin və digər hərbçimizin minalanmış sahədə meyiti tapılıb. İki körpəsi yetim qaldı. Allah rəhmət eləsin", - deyə qeyd edib.

Hərbçilərimiz iyunun 23-də itkin düşüblər. Hərbçilər itkin düşən zaman onların düşmən tərəfinə keçməsilə bağlı bəzi fərziyələr vardı. Pərviz Musayev həmin fərziyələrə də, münasibət bildirərək, qeyd edib ki, əsgərlərimizin belə iş tutacağı mümkün deyil: "Könüllü şəkildə ermənilərə əsir düşmə ehtimalı sıfra bərabərdir. Adamın ailəsi, 2 körpə uşağı var. Özünü də yaxşı tanıyıram".

Xatırladaq ki, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilirdi.

İlk gündən Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin onlara əsir düşmədiyini barədə məlumat yaymışdı. “Azərbaycan hərbçilərinin azması istisna deyil. Azərbaycan tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə edilən müraciət belə deməyə əsas verir. Bu gün Qırmızı Xaçın İrəvan ofisindən bizə müraciət edilərək, Azərbaycan silahlı qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına təminat verilməsini xahiş edib".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.