Azərbaycanda internetlə silah satılır-FOTO

27-06-2015, 12:21           
Azərbaycanda internetlə silah satılır-FOTO
zərbaycanın məşhur elan saytlarından birində travmatik tapança satışı elanı yerləşdirilib.

Elan yerləşdirən şəxs qeyd edir ki, paslanmayan metaldan hazırlanan tapança sifarişlə gətirilib. 40 metr məsafəyə qədər hədəfi dəqiq vurur. Tapançanın atdığı xüsusi kürələr insan bədəninə dəyəndə göyərdir.

Satıcı iki ədəd tapança alana endirim edəcəyini də vəd edir.

Sayt Azərbaycanda bu cür silahların satılmasının nə qədər qanuni olmasını araşdırıb. Daxili İşlər Nazirliyinin rəsmi saytındakı "Mülki silahın əldə edilməsi" başlıqlı bölmədə qeyd olunur:

- Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən xüsusi sənədlər təqdim olunmalıdır.

Hüquqşünaslar isə deyirlər ki, Azərbaycanda silah alınması kimi silah satışına da icazə verilir. Sadəcə həmin silahı satan şəxs xüsusi sənədlərə malik olmalıdır.(milli.az)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.