Döyülən rektor qızı bu dəfə homoseksuallara dəstək verdi
30-06-2015, 20:58
Döyülən rektor qızı bu dəfə homoseksuallara - LGBT üzvlərinə dəstək verib.
Axar.az-ın məlumatına görə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər şəxsi İnstaqram səhifəsində öpüşən yaşlı kişilərin fotosunu paylaşıb. Ülkər yazıb: "Birinci gey toyu Dallasda oldu. Evlənənlərdən Georg Harris 82, Cak Evans isə 85 yaşındadır. Onlar 52 ildir ki, bir yerdə yaşayırlar. Sevgi qalib gəldi".
Rektor qızı daha sonra şəklə belə bir əlavə də edib: "Bunun qədər də olmadıq".
Ü.İsayeva martın 8-dən 9-na keçən gecə tanışları - Zaur və Elin Məmmədov qardaşları tərəfindən ictimai yerdə zorakılığa məruz qalıb. Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Rektor qızı video-görüntüdə özü olduğunu təsdiqləyib. H.İsaxanlı isə kadrlarda Katya adlı bir qızın olduğunu iddia edib. Ülkərlə Zaur arasında sevgi münasibətləri olduğu da mətbuatda xəbərlər arasında yer alıb.
Xatırladaq ki, Ü.İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. Ülkər İsayeva Tərlan Əhmədzadənin oğlu Aydınla ailə qurub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Bu nikahdan onların bir qız övladı var. Məlum hadisədən sonra onların toyundan kadrlar da yayılıb.