Nəqliyyat nazirliyinin qoçuları yenə də meydan suladı... - İnsident

1-07-2015, 12:14           
Nəqliyyat nazirliyinin qoçuları yenə də meydan suladı... - İnsident
Bakı Beynəlxalq Avtovağzalında xətt nəzarətçiləri ilə sürücü arasında dava düşüb

Bakıda xətt nəzarətçiləri ilə sürücü arasında dava düşüb. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb.

Davanın Abşeron rayon sakini, taksi fəaliyyəti ilə məşğul olan 1989-cu il təvəllüdlü Ağaxan Əliverdiyevlə Bakı sərnişin və yük daşımalarının təşkili MMC-nin xətt nəzarətçiləri Kərim Ələkbər oğlu Ələsgərov və 1983-cü il təvəllüdlü Oqtay Cabbar oğlu Hüseynov arasında düşdüyü bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.