18 yaşlı gənc bıçaqlandı

3-05-2017, 07:36           

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1999-cu il təvəllüdlü Əkbərov Elvin Etibar oğlu döş və sol sarğı nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin normal olduğu bildirilir. E. Əkbərovun deməsinə görə işdən evə gedən zaman yolda bir nəfərin söydüyünə görə onunla dalaşıb və tanımadığı şəxs ona bıçaq xəsarətləri yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru