Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb
3-05-2017, 08:11
Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, Salyan şossesi ilə hərəkətdə olan "99-EE-114" dövlət qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib. Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev "Report"a açıqlamasında bildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb. Xəsarət alan sərnişinlər - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.