Məşhur şadlıq sarayında toy zamanı şok cinayət

3-05-2017, 14:01           

Külli-miqdarda pulla dolu seyf oğurlandı
Bakıda şadlıq evindən içi pulla dolu seyf oğurlanıb. Lent.az xəbər verir ki, dünən gecə saatlarında Nizami rayonu, Mehdi Abbasov küçəsi 22 ünvanında yerləşən “Romance Palace” şadlıq sarayından içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.
Bildirilir ki, hadisə şadlıq sarayında keçirilən toy mərasimi zamanı baş verib və seyfdəki pul toy sahibinə çatmalı imiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru