Millət vəkilinin səhhəti pisləşdi? - Açıqlama

3-05-2017, 23:33           
Millət vəkilinin səhhəti pisləşdi? - Açıqlama
Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının səhhətində problemlərin yanaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova deyib. T.İsmayılova bildirib ki, Fəzail Ağamalı hazırda xarici ölkələrin birində istirahətdədir və yaxın günlərdə ölkəyə qayıdacaq.

Qeyd edək ki, Ölkə.az saytı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının xarici ölkələrin birində müalicə aldığı ilə bağlı məlumat dərc etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru