Təyyarədə yumruq davası – VİDEO

4-05-2017, 09:24           
Təyyarədə yumruq davası – VİDEO
Təyyarə geri qayıdaraq hava limanına təkrar eniş edib

Tokiodan Los-Ancelesə uçan təyyarədə insident baş verib.

11 saatlıq uçuş başlayar-başlamaz sərnişinlərdən biri arxa oturacaqda əyləşən digər sərnişinə “səni öldürəcəyəm” deyərək onu yumruqlamağa başlayıb.

O, bunu nə səbəbdən etdiyini demir və yumruq zərbələri endirməyə davam edir.

Təyyarənin digər bir sərnişini isə bütün bu olanları öz mobil telefonu ilə lentə alır. Davakar sərnişin ona da hücum edir və zərbələr endirir.

Təyyarə heyəti davanın qarşısını almağa çalışsa da, buna nail olmur və hava gəmisi yenidən aeroporta eniş edir. Beləliklə təyyarə 90 dəqiqə gecikir.

Daha sonra təyyarənin məxsus olduğu aviaşirkət məlumat yayaraq dava edən sərnişinin içkili olduğunu və təyyarədən düşürülərək həbs edildiyini deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru