102-ci bazada ermənilər aksiyaya başladı: - Pulumuzu verin

4-05-2017, 13:14           
102-ci bazada ermənilər aksiyaya başladı: - Pulumuzu verin
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının 100 nəfər erməni əməkdaşı etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, işçilər işə çıxmayıb və son 3 ayda ödənilməyən əmək haqlarını tələb ediblər.

“Fevral və martda bizim maaşları ödəməyiblər. Aprel ayının maaşını isə mayın 15-nə qədər verməlidirlər. Lakin bizə heç kim maaşın olub-olmayacağını demir. Pullar Moskvadan göndərilib, amma burada verilmir”, – aksiya iştirakçılarından biri söyləyib.

Qeyd edək ki, 102-ci bazanın etiraz edən əməkdaşları hərbi hissəsinin yaşayış massivlərində çalışırlar. Burda çalışan ermənilərə pul Rusiyadan Ermənistan valyutasında ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru