Azərbaycana təhlükəli layihə işə düşür

5-05-2017, 15:01           
Azərbaycana təhlükəli layihə işə düşür
Yaxın günlərdə inşası başlanılır

Rusiyanın “Qazprom” şirkəti yaxın bir neçə günə “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlamağa hazırdır. İstiPress-in RİA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkət rəhbəri Aleksey Miller Rusiya prezidenti Vladimir Putinə məlumat verib.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Miller “Qazpromun” layihə üzrə bütün hazırlıq işlərini başa çatdırdığını və dəniz hissəsində boruların çəkilişinə dair müvafiq göstərişin verilməsini gözlədiyini vurğulayıb.

Putin Türkiyənin layihəni dəstəkləməkdə davam edəcəyinə əmin olduğunu qeyd edib.

Qeyd edək ki, layihəyə əsasən Qara Dənizin dibi ilə 4 boru xəttinin çəkilməsi nəzərdə tutulub.

Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub.

Ekspertlərtin fikrincə, “Türk axını” işə düşəndən sonra Ukrayna Avropaya qaz tranziti ölkəsi statusunu itirəcək, Avropanın “Qazprom”dan asılılığı artacaq, bununla birlikdə Xəzər dənizindən alternativ qaz təchizatı layihələrinin qarşısı kəsiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru