Küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qoparıb - Bakıda

9-05-2017, 21:18           
Küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qoparıb - Bakıda
Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qoparıb.

Dia.az "report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Salyan şossesi ev 12 b ünvanında valideyn nəzarətindən kənara qalan 2 yaşlı Paşayev Ramal Elzamin oğlu binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən ona küçə itləri hücum ediblər.

İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru