Bakının mərkəzində qadınlar arasında dava-dalaş olub.
Lent.az-ın məlumatına görə, 1966-cı il təvəllüdlü Dadaşova Ceyrun Ənvər qızı 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, saat 16 radələrində Səməd Vurğun küçəsi 39 ünvanının qarşısında (Muzey Mərkəzinin arxası) Fəridə adlı qadın ona xəsarət yetirib. Şikayətçi qeyd edib ki, əvvəlcədən tanıdığı həmin qadın ona hücum edib və xuliqanlıq zəminində ona zərbələr endirib.