Nazirlik Şirvandakı partlayışla bağlı məlumat yaydı

6-07-2015, 23:19           

Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunun sexlərindən birində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Virtualaz.org saytının məlumatına görə, nazirliyin məlumatında deyilir ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.