Bakıda 21 yaşlı oğlu 43 yaşlı anasını amansızcasına öldürüb - DƏHŞƏT
7-07-2015, 11:58
Bakıda 21 yaşlı oğlu 43 yaşlı anasını amansızcasına öldürüb.
Nizami rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində 1970-ci il təvəllüdlü anası Tahirə Zöhrabovaya bıçaqla xəsarətlər yetirərək qəsdlə öldürüb.
S.Zöhrabov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.