Bakının Ziya Bünyadov prospektində yerləşən iki hərəkət zolaqlı körpü və tunellərdə sıxlıq yaranmasının qarşısını almaq üçün Avropa Oyunları ilə əlaqədar çəkilmiş “sarı zolaqlar” silinir.
Bu barədə oxu.az-a Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, digər yerlərdə “sarı zolaqlar” qalmaqdadır. Qeyd edək ki, iyulun 1-dən etibarən Avropa Oyunları zamanı çəkilmiş “sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat rahat şəkildə istifadə edə bilər. Yalnız yük avtomobillərindən başqa. Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədər də cərimələnəcək.