Dövlət Xidməti: “Hərbi qulluqçuların ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”
8-07-2015, 10:53
Hərbi qulluqçuların ehtiyata buraxılmaması ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novrzəli Orucov deyib.
Novruzəli Orucov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə iyulun 1-dən həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma həyata keçirilir: “Qanunvericilikdə bu müddətin iyulun 1-dən 30-dək olduğu göstərilir. Hərbi qulluqçuların hərbi hissələrdən ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”.