6 gün ölümlə mübarizə aparan tələbə vəfat etdi - FOTOLAR

13-07-2015, 00:06           
6 gün ölümlə mübarizə aparan tələbə vəfat etdi - FOTOLAR
Lənkəranda baş verən yol qəzasında ağır yaralanan tələbə 6 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, qəza iyulun 6-da Lənkəran rayonunun Haftonu qəsəbəsinə gedən şose yolda baş vermişdi.

Haftonu qəsəbə sakini, 1989-cu il təvəllüdlü Taleh Hacıməmməd oğlu Mirzəyev idarə etdiyi “NAZ Lifan” markalı, 42 BT 824 dövlət nömrə nişanlı maşınla velosipedlə hərəkət edən Kərgəlan kənd sakini, 1994-cü il təvəllüdlü İlqar Güloğlan oğlu Həmidzadəni vurmuşdu.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Həmidzadə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 6 gün reanimasiyada qalan, ölümlə mübarizə aparan İ. Həmidzadə bu gün vəfat edib.

21 yaşlı İlqar Həmidzadə Lənkəran Dövlət Universitetinin 3-cü kursunu bitirmişdi.

Hadisə şahidlərinin dediyinə görə, İlqar Həmidzadə velosiped sürərkən qulaqcıqdan istifadə edirmiş.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru