Sərsəm Sterliqov Qarabağı tərk etdi

14-07-2015, 11:13           
Sərsəm Sterliqov Qarabağı tərk etdi
“İyulun 14-nə bilet almışam, gəldiyim yerə qayıdıram”.

Hafta.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, bunu rusiyalı milyarder German Sterliqov keçirdiyi mətbuat konfransında deyib. Hər zaman qalmaqallı çıxışları ilə gündəmə gələn Sterliqov bu dəfə ümid verdiyi qondarma qurum rəhbərliyinə təyyarə biletini göstərib:

“Bu zarafat deyil, baxın təyyarə biletimi də almışam. 16 iyulda Moskvada olmalıyam. Buradan isə birbaşa Minskə gedirəm. Amma adını açıqlamadığım bir “uzun” şəxsdən təhdidlər aldığım üçün Belarusu tezliklə tərk edəcəyəm. Sizinlə də sağollaşmaq məcburiyyətindəyəm”.

Xatırladaq ki, məşhur milyarder bir neçə gün öncə erməni işğalı altında olan Qarabağın “kənd təsərrüfatına” maliyyə yardımları edəcəyini bildirib. O, qondarma qurumun kənd təsərrüfatının “dirçəlməsi” üçün əlindən gələni açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru