Polşada elektrik velosiped hazırlanıb

2-08-2017, 09:17           
Polşada elektrik velosiped hazırlanıb
Polşanın "Avionics" şirkəti özünün yeni ixtirasını – V1 adlı retro elektrik velosipedi təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "UNN" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, o, 30-cu illərdə mövcud olmuş əsl dizayndan fərqlənir və tamamilə müasir "içlikli"dir. Velosiped saatda 56 kilometr sürətlə hərəkət etməyə imkan verən 5 kVt mühərriklə təchiz edilib.
İstehsalçının vədinə görə, onun batareyasının doldurulması 3 saatdan artıq vaxt aparmır. Güman edilir ki, akkumulyatorun enerjisi nəqliyyat vasitəsinə 120 kilometrədək hərəkət etməyə imkan verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.