Təmizlik İdarəsinin işçisi iş başında öldü

6-08-2017, 16:47           

Göygöldə ölüm hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Göygöl rayon Təmizlik İdarəsinin işçisi, 1964-cü il təvəllüdlü Tağıyev Nurəddin Novruz olu səhər saatlarında ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N. Tağıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Tağıyev məişət tullantıları yığan zaman ehtiyatsızlıq nəticəsində dərəyə yıxılaraq ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.